Onlarla mübahisə etdi, idarəçilərlə görüşdü, qərarını bildirdi - Bir az pul verin, gedim

21 Sentyabr 2025 09:00 Kəpəz 3 436
Onlarla mübahisə etdi, idarəçilərlə görüşdü, qərarını bildirdi - Bir az pul verin, gedim

«Kəpəz» Premyer Liqada beşinci məğlubiyyətini dünən aldı.

Qəbələdə eyniadlı komandanın qonağı olan Gəncə təmsilçisi səfərdən 0:3 hesablı yenilgi ilə döndü.

Uğursuz matçdan sonra azarkeşlərlə insident yaşayan Adil Şükürov getmək fikrini qətiləşdirib. Klub funksionerləri ilə görüşən baş məşqçi ayrılıq qərarı verdiyini bildirib.

O, artıq əsəblərinin təzyiqlərə dözmədiyini, bu şəraitdə işləmək istəmədiyini deyib.

İyunda komandanın sükanı arxasına qayıtmış mütəxəssis müəyyən təzminat qarşılığında 2+1 illik müqaviləyə xitam verməyi planlaşdırdığını söyləyib.

Bu gün klubdaxili toplantı keçiriləcək. Çox böyük ehtimalla, Şükurovla yollar ayrılacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti