Adil Şükürov: "Azarkeşə dedim ki, bunu etmək sənlik deyil, sənin başın üçün deyil"

19:25 Kəpəz 466
Adil Şükürov: "Azarkeşə dedim ki, bunu etmək sənlik deyil, sənin başın üçün deyil"

"Qəbələ"ni təbrik edirəm. Əllərinə düşən bütün imkanları dəyərləndirdilər və layiqli qələbə qazandılar. Komanda olaraq istədiklərimizi edə bilmirik. Bir çox şeylərdə futbolçularla ortaq məxrəcə gələ bilmirik. Yenə danışacağıq. Komanda istədiklərimizi meydanda həyata keçirə bilmir. Bu da bütün oyunlarda məğlubiyyətimizə səbəb olur".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 5-ci turunun "Qəbələ"(3:0) ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Azarkeşlərlə niyə münasibətiniz yaxşı deyil?

- Elə deməzdim. Mən burada oynayan vaxt bizim başımıza çox oyun gətirmişdilər. Hətta bizi zəhərləmişdilər Bu komanda mənə çox əzizdir. Ona görə də kimsə nəsə deyəndə, mənə çox pis təsir edir. Elə adamlar var ki, heç "Kəpəz"in tarixindən xəbəri yoxdur. Futbolçular təzyiqə tab gətirə bilmirlər.

- Azarkeşin üzərinə niyə yeridiz?

- Azarkeşin üstünə yerimədim. Tərbiyəsizlik insana təsir edir. Tərbiyəsizlik etdilər, onun cavabını verdim. İnsanlar elə etməlidir ki, şəxsi məsələlərə toxunmasınlar. Kimin hara gedəcəyinə rəhbərlik qərar verir. Nə olur-olsun, heç vaxt etikadan kənara çıxmaq olmaz. Bir az diqqətli olmaq lazımdır. Azarkeşə dedim ki, məni harasa göndərmək sənlik deyil, sənin başın üçün deyil.

- Niyə hər mövsüm "Kəpəz"də bu cür vəziyyət yaranır?

- Mənim müçün də maraqlıdır. Burada başqa maraqlar da ola bilər. Bilmirəm.

- Tunelin sonunda işıq görür görürsüz?

- Çətin sualdır, cavabı yoxdur.

- Azər Bağırov ötən mövsüm "Kəpəz"dən göz yaşları ilə ayrıldı. Komandaya gələndə ondan halallıq almışdız?

- "CBC Sport"da Azər Bağırovun qonaq olduğu verilişə baxdım. Heç kəs hara necə gəldiyini unutmasın.

- İstefaya göndərilməyiniz nə dərəcədə realdır?

- Məncə, realdır. Yəqin ki, sağollaşacağıq.

Digər Xəbərlər
Xəbər Lenti