
"Kəpəz" heyətini yeni simalarla gücləndirməyə davam edir.
Qərb təmsilçisi Premyer Liqanın startına az qalmış daha bir transferini reallaşdırıb.
Əldə etdiyimiz məlumata görə, bölgə klubu Amadou Cisslə anlaşıb.
26 yaşlı legioner cinah yarımmüdafiəçisidir.
Seneqallı futbolçu son mövsümü "Adanaspor"da keçirib.
Orta sahə oyunçusunun daha əvvəl Kipr, Fransa və Niderlandda legioner həyatı yaşadığını bildirək.
Cissi ölkəsinin gənclər millisində də forma geyinib.
O, karyerası ərzində meydanda çıxdığı 181 matçda 25 qol, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ