Bölgə klubu azarkeşlərə SƏRT QADAĞA QOYDU!

13 Noyabr 2024 23:00 Kəpəz 1 274
Bölgə klubu azarkeşlərə SƏRT QADAĞA QOYDU!

"Kəpəz"in məşqlərində yeni qadağa qüvvəyə minib.

Belə ki, bölgə klubunun Gəncədə keçirilən hazırlığında kənar şəxslərin əraziyə girişi qadağan olunub.

Təşəbbüs təbii ki, baş məşqçi Azər Bağırovdan gəlib.

Bu, kollektivi kənar təsirlərdən, dedi-qodulardan maksimum uzaq tutmağa hesablanıb.

Əvvəlki vaxtlarda vəziyyət başqa idi.

Yoldan keçən istənilən şəxs asanlıqla əraziyə daxil olub, komandanın məşqlərini yaxından izləyə bilirdi.

Xatırladaq ki, Qərb təmsilçisi mövsümə Adil Şükürovla start vermişdi. Amma ardıcıl alınan 5 məğlubiyyətdən sonra rəhbərlik Azər Bağırovu baş məşqçi postuna gətirdi. Onun rəhbərliyi altında 8 görüşdə meydana çıxan "Kəpəz" 2 qələbə və 1 bərabərlik əldə edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?