Adil Vəliyevin İdarə Heyətinin sədri olduğu «Kəpəz»lə bütün əlaqələri kəsməsi yönündə xəbərlər yayılıb.
Sosial şəbəkələrdə tirajlanan informasiyalara görə, iş adamı Gəncə təmsilçisindəki fəaliyyətini dondurub.
İyulda rəhbər vəzifəyə təyinat almış biznesmenin postunu başqa bir şəxsə təhvil verməyə hazırlaşdığı iddia olunur.
Bu məlumatı dəqiqləşdirməyə çalışdıq.
Klubdan redaksiyamıza bildirildi ki, A.Vəliyev görəvinin başındadır və söz-söhbətlərin heç bir əsası yoxdur.
O, klubun gündəlik işləri ilə maraqlanmağa, göstəriş və tapşırıqlarını verməyə davam edir. Və ən əsası, sədrin gedişi gündəmdə deyil.
SPORTİNFO.AZ

