“Bəxtimiz gətirmədi, eybi yox, istəyimizə çatarıq” - İki səbəb göstərdi

16:40 Kəpəz 994
“Bəxtimiz gətirmədi, eybi yox, istəyimizə çatarıq” - İki səbəb göstərdi

“Oyuna çox yaxşı başlamışdıq.

Topa nəzarət edir, rəqib müdafiəsini yarmağa çalışırdıq”.

“Kəpəz”in yarımmüdafiəçisi Ehtiram Şahverdiyev Sportinfo.az-a açıqlamasına bu sözlərlə başlayıb.

Cümə günü Qəbələdə “İmişli” ilə baş tutan görüşün 25-ci dəqiqəsindən etibarən azlıqda qalan Gəncə təmsilçisi ilk yarının sonuna qədər dözsə də, ilk hissəyə artırılmış 3-cü dəqiqə qapısında ilk qolu gördü.

Fasilədən sonra rəqib qapısına daha 2 dəfə yol tapan imişlilərin portuqaliyalıları yekun nəticəni müəyyənləşdirdi – 3:0.

Ehtiram məğlubiyyətdə qırmızı vərəqəni və bəxtsizliyi səbəb göstərib:

“İlk 20 dəqiqədə hər şey istəyimizə uyğun gedirdi. Lakin qırmızı vərəqədən sonra komandada psixoloji gərginlik yarandı.

Hesab 0:1 olanda belə, böyük qüvvə ilə hücum edir, bərabərlik qolunu vurmaq istəyirdik. Yaxşı imkanlarımız da oldu, sadəcə, cəhdlərimiz uğursuz alındı, bəxtimiz gətirmədi.

İkinci hissədə bütün fikrimiz qol vurmaqla bağlı idi. Ona görə də “İmişli” bizi əks-hücumlarda yaxalayırdı.

Təəssüf ki, ardıcıl ikinci qələbəni qazanıb azarkeşlərimizi sevindirə bilmədik. Qalib gəlsəydik, həm də sonuncu pillədən qurtulacaqdıq. Eybi yox, növbəti oyunlarda istəyimizə çatarıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti