Premyer Liqanın doqquzuncu turu «Kəpəz» - «İmişli» matçına səhnə oldu.
Debütant Qəbələdə keçirilən görüşdə «sarı-göylər»i 3 cavabsıh qolla üstələdi.
Matçın dönüş nöqtəsi ilk hissənin ortasına təsadüf etdi. Nominal ev sahiblərinin qapıçısı Məmməd Hüseynov onunla üzbəüz qalan Vüsal Qənbərovu cərimə meydançasından kənarda kobudluqla dayandırdı.
Baş hakim Kamal Umudlu onu birbaşa qırmızı vərəqəylə cəzalandırdı.
Gəncə təmsilçisi referinin bu qərarına etiraz etmir. Amma… Onların şikayəti var.
Nədir o şikayət?
Deməli, Məmməd Hüseynovla Vüsal Qurbanovun toqquşmasından sonra Kamal Umudlu cərimə zərbəsi təyin edir. Bir müddət sonra referi VAR-a baxır və əlini qaldıraraq oyundankənar vəziyyətın olduğunu göstərir.
Lakin «fit sahibi» sərbəst zərbə yox, “Kəpəz”in əleyhinə cərimə zərbəsi təyin edir və qırmızı vərəqəni qüvvədə saxlayır.
Cərimə zərbəsinin yekununda “Kəpəz”in qapısına qol da vurula bilərdi. Bu da real təhlükə deməkdir.
Sözügedən epizodda oyun 11 dəqiqəyə yaxın dayanır (25:35-36:10). Lakin hakim ilk hissənin əsas vaxtına 5 dəqiqə əlavə edir. Bu isə birinci hissənin ən azı 6 dəqiqə az oynanılması deməkdir.
«Kəpəz» narazılığında hər mənada haqlıdır, deyilmi?
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

