Üç qol buraxdı, baş məşqçinin gözündən düşdü, adı “qara siyahı”da göründü

17:00 Kəpəz 1 093
Üç qol buraxdı, baş məşqçinin gözündən düşdü, adı “qara siyahı”da göründü

Gürcüstanlı yarımmüdafiəçi Otar Aptsiauri ilə yollarını ayıran “Kəpəz”də “yarpaq tökümü” davam edəcək.

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

Saytımıza verilən informasiyaya görə, baş məşqçi Azər Bağırov «qara siyahı»sını rəhbərliyin masasının üzərinə qoyub.

Orada bir neçə legioner yer alıb. Dörd aydan sonra geri qayıtmış çalışdırıcı son olaraq Kasper Rosanın adını ora qeyd edib.

Mütəxəssis mövsümlərarası fasilədə Polşadan dəvət edilmiş qapıçının qış fasiləsində yola salınmasını tapşırıb.

Premyer Liqanın doqquzuncu turunda «İmişli»yə qarşı keçirilən oyunda qapısından 3 cavabsız top buraxan polyak kiper Bağırovun gözündən tamamilə düşüb.

Gəncə təmsilçisi 29 yaşlı «əlcək sahibi» ilə 2 illik müqavilə bağlayıb. O, bura gələnədək ölkəsində «Motor»un formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti