Türk futbolçu İtaliya klubunda - 2 illik müqaviləyə imza atdı

19 Sentyabr 2020 00:28 İtaliya 839
Türk futbolçu İtaliya klubunda - 2 illik müqaviləyə imza atdı

Bir neçə gün öncə “Fənərbaxça” ilə yollarını ayıran Tolqay Arslanın yeni komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra karyerasını İtaliyada - "Udineze”də davam etdirəcək.

Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Tolqay Arslan 2019-cu ilin yanvarından “Fənərbaxça”da çıxış edirdi. İstanbul klubunda 33 rəsmi oyuna çıxan futbolçu 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Hamburq”, “Allemaniya” və “Beşiktaş”da da forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?