Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov «Qəbələ»yə növbəti dəfə vəsait ayırıb.
Londonda yaşayan iş adamı 1 milyon dollarından keçib. Bu məbləğ klubun gələn mövsümlə bağlı işləri üçün nəzərdə tutulub.
T.Heydərov 8 ildir «qırmızı-qaralar»a yalnız bu cür dəstək verir. Ondan öncəki illərdə «Qəbələ»nin bütün məsrəfini özü çəkirdisə, 2018-ci ildən bəri kisənin ağzını böyük ölçüdə bağlayıb.
Prezident postunu fəxr prezidentliyə dəyişəndən bu yana 1-1,5 milyon manat ödəməklə kifayətlənir, başqa heç nə etmir.
Nazirin oğlu «Qəbələ» ilə demək olar maraqlanmır. Nə stadiona gəlir, nə oyunları izləyir. Komanda üzvləri onun üzünü axırıncı dəfə nə vaxt gördüklərini xatırlamırlar.
Başı qşarışıb öz biznesinə, futbola həvəsi tamamən ölüb.
SPORTİNFO.AZ

