"Saat fərqinə uyğunlaşmaq asan olmadı" - Çində qızıl medal

08:10 Digər növlər 80
"Saat fərqinə uyğunlaşmaq asan olmadı" - Çində qızıl medal

Çinin Nankin şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanan Azərbaycanın aerobika gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatovun saat fərqinə uyğunlaşması asan olmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında V.Dolmatov bildirib.

İdmançı sözügedən ölkədəki yarışda Mədinə Mustafayeva ilə birlikdə qızıl medal qazanmaları barədə fikirlərini bölüşüb:

"Yarış bizim üçün kifayət qədər çətin keçdi. İlk növbədə saat fərqinə uyğunlaşmaq asan olmadı.

İkinci əsas çətinlik isə güclü rəqiblərimiz - Rusiya və Çin yığmaları idi. Ölkəmiz üçün belə bir nəticə göstərərək qızıl medal qazanmağımız bizi çox sevindirir".

O, növbəti planları barədə də danışıb:

"Sentyabrın 11-13-də İspaniyada dünya çempionatı keçiriləcək. Orada da çempionluq uğrunda mübarizə aparacağıq. Eyni zamanda 2027-ci ildə Türkiyədə keçiriləcək Avropa Oyunlarına orada lisenziya qazanacağımıza ümid edirik".

Mədinə Mustafayeva və Vladimir Dolmatov Dünya Kubokunda qarışıq cütlük proqramında 19.100 xalla qızıl medal qazanıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti