Ronaldo: "Məndən yoxdur"

26 May 2020 14:50 İtaliya 617
Ronaldo: "Məndən yoxdur"

"Yuventus"un superulduzu Kriştianu Ronaldo növbəti dəfə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, Portuqaliya millisinin kapitanı bu dəfə özünü tərifləyib.

35 yaşlı hücumçu özünü futbol tarixinin ən yaxşısı hesab edir: "Özümdən yaxşısını görmürəm. Mənim etmədiyimi heç kim bacarmaz. Ancaq başqalarının edə bilmədiyini mən reallaşdıra bilirəm. Məndən yaxşı futbolçu yoxdur. Yaxşı və pis anlarda belə, mən futbol tarixinin ən yaxşısıyam".

Kriştianu Ronaldo 2018-ci ildən "Yuventus"un şərəfini qoruyur. O, Turin klubuna keçməmişdən əvvəl 9 il (2009-2018) "Real"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!