Şahruddinin olduğu yer - MƏŞQÇİ MƏZARLIĞI

7 Dekabr 2023 02:50 Türkiyə 910
Şahruddinin olduğu yer - MƏŞQÇİ MƏZARLIĞI

Sportinfo.az xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" bir neçə gün öncə baş məşqçi Patrik Kluyvertlə yolları ayırdı.

2Q14-cü turda "Samsunspor"a 2:3 hesablı məğlubiyyətdən sonra Adana təmsilçisinin məşqçisi vəzifəsindən getdi.

Hansı ki, niderlandlı dünyaca məşhur veteran futbolçu baş məşqçilik karyerasına məhz bu klubda başlamışdı.

47 yaşlı mütəxəssis rəhbərlik etdiyi komandanı Superliqada meydana çıxardığı 20 matçda səkkiz qələbə qazanıb, altı heç-heçəyə imza atıb. Qalan altı oyunda isə məğlub olub.

Kluyvertin gedişi ilə 20 komandalı çempionatda 14-cü baş məşqçi istefası gerçəkləşmiş olub. Əvvəl Şenol Günəş, daha sonra Burak Yılmazla yolları ayıran "Beşiktaş" isə hələ ki, davam edən mövsümdə iki məşqçi dəyişən yeganə klubdur.

2023/2024 mövsümündə Türkiyə Superliqasında postundan istefa verən məşqçilər aşağıdakılardır.

Patrik Kluyvert - "Adana Demirspor"
Ömer Erdoğan - "Alanyaspor"
Tolunay Kafkas - "Ankaragücü"
Şenol Günəş, Burak Yılmaz - "Beşiktaş"
Erdal Güneş - "Qaziantep"
Fatih Tekke - "İstanbulspor"
Kemal Özdeş - "Kasımpaşa"
Ətraflı
Ad - 00:24
Aleksandar Stayoneviç - "Konyaspor"
Osman Özköylü - "Pendikspor"
Hüseyn Eroğlu - "Samsunspor"
Nenad Byelika - "Trabzonspor"

Qalan yeddi komandanın baş məşqçisi isə hələ ki, vəzifəsinə davam etməkdədir.

Nuri Şahin - "Antalyaspor"
İsmail Kartal - "Fənərbağça"
Okan Buruk - "Qalatasaray"
Volkan Demirel - "Hatayspor"
Alparslan Erdem - "Karagümrük"
İlhan Palut - "Rizespor"
Servet Çetin - "Sivasspor"

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı