Leandro Trossard transferindən sonra “Beşiktaş” daha bir dünyaşöhrətli superulduzu – Məhəmməd Salahı heyətinə qatmağa hazırlaşır.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı məşhur “Foot Mercato” nəşri yayıb.
Məlumata görə, “Liverpul”dan ayrılaraq azad agent statusu alan 34 yaşlı misirli ilə “ağ-qaralar” arasında prinsipial razılıq əldə olunub.
İnsayder Santi Aounanın verdiyi məlumata görə, tərəflər 1+1 illik müqavilə şərtlərində razılaşıblar.
Maliyyə detallarına gəlincə, İstanbul nəhəngi Salahla illik 10 milyon avro maaş və 2 milyon avro imza pulu müqabilində ortaq məxrəcə gəlib.
Məhəmməd Salahın meneceri Remi Abbas bir müddət əvvəl verdiyi açıqlamada “Məhəmmədin növbəti mövsüm harada oynayacağını çox yaxında öyrənəcəksiniz” deyərək transferin anonsunu vermişdi.

