"Dostum virusdan öldü, mənim məzarım buradadır"

23 Mart 2020 09:14 İtaliya 1 006
"Dostum virusdan öldü, mənim məzarım buradadır"

İtaliya millisinin baş məşqçisi Roberto Mançini koronavirus pandemiyasının təsirindən danışıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis uşaqlıq dostunun infeksiyadan vəfat etdiyini deyib:

"Ailəm məndən kənarda - Ezi şəhərində qalır, yaxşıdırlar, amma yenə də narahatam. Bacım mənimlə əlaq saxladı və uşaqlıq dostumun koronavirusdan öldüyünü dedi.

Onunla uşaqlıqda futbol oynayırdım, birgə gəzirdik, gözəl günlərimiz olmuşdu. Ezidəki "Croce Verde" xeyriyyəçilik şirkətində işləyirdi, əla insan idi.

Berqamoda ölüləri daşıyan hərbi maşınların karvanını görmək adama dəhşətli gəlir. Yer kürəsi belə cəhənnəmə hazır deyildi. Həkimlər qəhramanlıqla işə davam edir. Onlara inamımız var. Buna görə də ölkəmdən ayrılmağı düşünmürəm. Mənim məzarım İtaliyadır".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda