"Mənim üçün zaman dondu, heç bir reaksiya verə bilmədim"

10 Noyabr 2023 08:50 Qarabağ 1 438
"Mənim üçün zaman dondu, heç bir reaksiya verə bilmədim"

"Qarabağ"ın prezidenti Tahir Gözəl Avropa Liqası qrup mərhələsinin "Bayer"lə oyunundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri qarşılaşmanı dəyərləndirib:

- Həm sevincli, həm də üzgünəm. Hər iki komandanı təbrik edirəm. Rəqibimiz də çox gözəl oyun göstərdi. Məni ən çox sevindirən odur ki, ötən oyundan sonra psixoloji xəsarət qalmamışdı. Bu, Qurban Qurbanovun məharətidir. Özünə inanan, hücum futbolu oynayan, risklər edən bir "Qarabağ" var idi. Son dəqiqələrdə gələn qola söz tapa bilmirəm. Bu, futboldur, hər zaman yaxşı oynayan qazanmır. Biz bu axşam çox gözəl oynadıq. Qələbə qazansaydıq, Zəfər Bayramında möhtəşəm hədiyyə olacaqdı.

- Penalti epizodunda hansı hissləri keçirdiniz?

- 10-15 saniyə mənim üçün zaman dondu, heç bir reaksiya verə bilmədim. Ümidim var idi ki, VAR penaltini ləğv edəcək. Futboldur, oldu.

- "Qarabağ"ın qrup ikincisi olması nə dərəcədə realdır?

- Bu gün rəqiblərimizin oyunu olacaq. Hesab edirəm ki, ikinci yeri tuta bilərik.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!