UEFA xeyli problem aşkarladı, AFFA böyük miqdarda xərcə düşdü - FOTOLAR

12 Noyabr 2024 11:00 İtaliya 1 993
UEFA xeyli problem aşkarladı, AFFA böyük miqdarda xərcə düşdü - FOTOLAR

Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Estoniya oyunu ilə bağlı AFFA tərəfindən Qəbələ şəhər stadionunda görülən işlər yekunlaşıb.

Arenada media tribunasının, yeni mərkəzi kamera platformasının və qapıarxası platformanın tikintisi başa çatıb.

Bundan əlavə, mövcud platformalar gücləndirilib, texniki ərazinin təmir-tikinti və çəkiliş maşınları meydançasının düzləşdirilməsi üçün işlər görülüb.

Qəbələyə səfər edən UEFA nümayəndələri məşqçi otaqlarının yoxluğunu irad tutublar. Həmçinin cəmi 1 masaj otağının olmasını çatışmazlıq kimi qeyd ediblər.

AFFA mövcud əyər-əskiklərin aradan qaldırılmasına 100 min manatdan artıq vəsait ayırmalı olub. «Qəbələ» sadəcə, məkanı federasiyaya təhvil verib, 1 manat da xərc çəkməyib.

Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?
7 Noyabr 00:40 Mbappe Bakıya gələcək