Anası federasiya prezidentini yalançı adlandırdı

17 Yanvar 2020 16:39 İtaliya 665
Anası federasiya prezidentini yalançı adlandırdı

“Yuventus”un futbolçusu Adrien Rabyonun anası və agenti Veronika Rabyo Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrayeni yalançı adlandırıb.

Federasiya prezidenti bir müddət əvvəl mətbuata açıqlamasında bildirmişdi ki, Adrien yığma komandada oynamaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, o, futbolçu ilə görüşmək istədiyini, amma rədd cavabı aldığını da bildirmişdi.

Rabyonun anası onu yalan danışmaqda ittiham edib: “Mənim oğlum Fransa yığmasında oynamaqdan heç vaxt imtina etməyib.

Le Qraye də ona görüşmək təklif etməyib. Onun dedikləri yalandır. Mənim onunla heç vaxt kontaktım olmayıb. O, yalançıdır. Hansı futbolçu Fransa yığmasında oynamaq istəməz?".

Digər Xəbərlər
Xəbər Lenti