Riberi 1 ay futbol oynamayacaq - FOTO

2 Dekabr 2019 15:57 İtaliya 574
Riberi 1 ay futbol oynamayacaq - FOTO

"Fiorentina"nın yarımmüdafiəçisi Frank Riberi zədələnib.

Sportinfo.az xəbər verir ki, İtaliya A Seriyasının 14-cü turunun "Leççe" ilə ev oyununda (0:1) zədə alan təcrübəli yarımmüdafiəçinin nə qədər yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

Sağ ayağının topuq nahiyəsindən zədə alan 36 yaşlı futbolçunun qarşıdakı 1 ayda komandaya kömək edəcəyi sual altındadır. Florensiya klubuna yayda "Bavariya"dan gələn Riberi cari mövsüm yeni komandasında 11 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmənin müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti