Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenkonun “Milan”ın maraq dairəsinə düşdüyü barədə məlumat vermişdik.
Sportinfo.az xəbər verir ki, Şevçenko Marko Campaolo istefaya göndəriləcəyi təqdirdə, “Milan”ı çalışdırmağa razıdır. Ancaq "Şeva"nın 2 şərti var.
43 yaşlı mütəxəssis “Milan”da noyabrdan tez fəaliyyətə başlamaq niyyətində deyil. Çünki ona qədər Ukrayna yığması AVRO-2020-nin seçmə mərhələsində Litva və Portuqaliya ilə qarşılaşacaq.
Bundan əlavə, o, “Milan”da çalışmaqla yanaşı, Ukrayna yığmasındakı postunu da qorumağı planlaşdırır. O, yığmanın “sükanı” arxasında AVRO-2020-nin final mərhələsində iştirak etmək istəyir.
Şevçenko 1999-2006-cı illərdə “Milan”da oynayıb. O, karyerasını 2012-ci ildə bitirib.

