Yenə çempionluq “davası”?

1 Oktyabr 2019 15:21 İtaliya 500
Yenə çempionluq “davası”?

“Yuventus” yenidən İtaliya Olimpiya Komitəsinin İdman məhkəməsinə müraciət edib.

Sportinfo.az xəbər verir ki, “Yuve” 2005/2006-cı illər mövsümündə əlindən alınıb “İnter”ə verilən çempionluğun geri qaytarılmasını tələb edir.

Həmin vaxt “Yuve” çempion olsa da, “Kalçapoli” qalmaqalından sonra titul Turin klubundan alınaraq “İnter”ə verilmişdi.

Turinlilər bununla bağlı şikayət etsələr də, məhkəmə onların iddiasını təmin etməmişdi. “Yuventus” oktyabrın 6-da “İnter”lə keçiriləcək oyun ərəfəsində bu məsələni yenidən qaldırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!