Konte onu almağı tələb edib

30 Sentyabr 2019 17:33 İtaliya 459
Konte onu almağı tələb edib

“İnter”in baş məşqçisi Antonio Konte qışda heyəti gücləndirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis bununla bağlı rəhbərliyiə müraciət edib.

Konte tələb edib ki, qışda “Mançester Yunayted”in yarımmüdafiəçisi Nemanya Matiç transfer edilsin.

Məlumata görə, “İnter” rəhbərliyi futbolçu ilə danışıqlara başlamağa hazırlaşır. Matiçin İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır.

O, “Mançester Yunayted”də mütəmadi çıxış etmir. Yarımmüdafiəçi son 3 qarşılaşmada meydanda olmayıb. Serbiyalı futbolçu ilə “Milan” və “Yuventus”un da maraqlandığı bildirilir. Matiç MY-yə 2017-ci ildə “Çelsi”dən keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti