“Milan” Şevaya xilaskar kimi baxır

30 Sentyabr 2019 18:05 İtaliya 999
“Milan” Şevaya xilaskar kimi baxır

“Milan” A seriyasında uğursuz çıxış edir.

Sportinfo.az xəbər verir ki, komanda 6-cı turda “Fiorentina”ya məğlub olub – 1:3. Bu, "Milan"ın ardıcıl 3-cü məğlubiyyətidir.

Klub rəhbərliyi böhrandan çıxmaq üçün baş məşqçi dəyişikliyinə əl atmaq istəyir. Məlumata görə, rəhbərliyin baş məşqçi postuna namizədlərindən biri də Ukrayna yığmasının çalışdırıcısı Andrey Şevçenkodur.

43 yaşlı Şeva “Milan”ın əfsanələrindən sayılır. O, bu komandada 1999-2006-cı illərdə çıxış edib. “Milan” 6 turdan sonra 6 xal toplayaraq 16-cı pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti