80 illik "tarix" təkrarlandı

30 Sentyabr 2019 12:57 İtaliya 487
80 illik "tarix" təkrarlandı

İtaliya A Seriyasında "Milan"ın növbəti məğlubiyyəti yeni anti-rekordla yadda qalıb.

Sportinfo.az xəbər verir ki, çempionatda ardıcıl 3 oyundur məğlub olan "rossonerilər" sonuncu dəfə 80 il əvvəl mövsümə belə uğursuz start veriblər.

Milan klubu 1938/1939-cu illər mövsümünün əvvəlində 6 oyunun 3-nü uduzub. "Qara-qırmızılar" dünən doğma meydanda "Fiorentina"ya boyun əyiblər - 1:3. Marko Campaolunun komandası hazırda 6 turdan sonra topladığı 6 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM