"ÇL-i qazanmadığım üçün taleyimə minnətdaram" - BUFFON

30 Sentyabr 2019 10:24 İtaliya 463
"ÇL-i qazanmadığım üçün taleyimə minnətdaram" - BUFFON

"Yuventus"un qapıçısı Canluici Buffon Çempionlar Liqası haqda danışıb.

Sportinfo.az "goal"a istinadən xəbər verir ki, italiyalı qolkiper qitənin ən nüfuzlu klub turnirində qalib olmadığı üçün sevinir:

"Çempionlar Liqası mənim üçün böyük stimuldur. Bu titulu qazanmağıma imkan vermədiyi üçün taleyimə təşəkkür etməliyəm. Yoxsa, özümə sual verərdim ki, niyə hələ də futbol oynayıram? Nəyəsə yenidən cəhd etmək əladır.

Mənim klubla elə bir razılaşmam yoxdur ki, bu mövsüm ən azı bir avrokubok matçında oynamalıyam. Həvəskar klubda deyil, "Yuventus"da çıxış edirik. Məşqçi nə vaxt şans versə, onda da oynayıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti