İki klubun şərikli stadionu 650 milyona başa gələcək - VİDEO

28 Sentyabr 2019 00:14 İtaliya 502
İki klubun şərikli stadionu 650 milyona başa gələcək - VİDEO

"İnter" və "Milan" 60 minlik yeni stadionun inşası üçün iki layihə hazırlayıb.

Sportinfo.az xəbər verir ki, planlara əsasən, "San-Siro" stadionu muzey kimi fəaliyyət göstərəcək və Milan klublarının uğurlarını anladacaq.

Yeni stadionun 650 milyon avroya başa gələcəyi və inşasının üç il davam edəcəyi gözlənilir. "Milan"ın prezidenti Paolo Skaroni yeni stadionun inşasının planları barədə danışıb:

"Yeni stadion 60 min azarkeş tutumuna malik olacaq. Yeni stadionun "Duomo di Milano" və "Galleria Vittoria Emanuele II"nin izlərini daşımasını istəyirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti