Riberi - "legioner qocalar"ın rekordçusu

23 Sentyabr 2019 10:30 İtaliya 443
Riberi - "legioner qocalar"ın rekordçusu

Ötən gün A seriyasının "Atalanta" - "Fiorentina" matçında (2:2) qonaqların 2-ci qolunu vuran Frank Riberi İtaliya futbolunun tarixinə düşüb. Sportinfo.az-ın məlumatına görə o, A seriyasında qol vuran ən yaşlı əcnəbi futbolçu olub. Fransız yarımmüdafiəçi "Atalanta"nın qapısına qolu 36 yaş, 168 günlüyündə vurub.

Riberi Florensiya klubuna 1 ay əvvəl azad agent kimi transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM