İyunda "Milan"la üçillik müqavilə bağlayan baş məşqçi Marko Campaolo qovula bilər.
Sportinfo.az İtaliya mətbuatına xəbər verir ki, "qırmızı-qaralar"ın rəhbərliyi 52 yaşlı mütəxəssislə görüşərək qarşısına şərt qoyub.
Milan derbisində dünən "İnter"ə məğlub olan (0:2) Campaoloya xəbərdarlıq edilib ki, qarşıdakı 3 görüşdə vəziyyəti dəyişməsə, istefaya göndəriləcək. "Milan" hazırda 4 turdan sonra 6 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Milanlılar növbəti turlarda "Torino", "Fiorentina" və "Cenoa" ilə qarşılaşacaq.

