Anadan olandan belə məşqçi axtarırmış...

22 Sentyabr 2019 12:36 İtaliya 2 369
Anadan olandan belə məşqçi axtarırmış...

"İnter"ə keçəndən sonra işləri qaydasına düşən və qolları sıralayan Romelu Lukaku Milan derbisindən sonra jurnalistlərə açıqlama verib. Sportinfo.az xəbər verir ki, 26 yaşlı belçikalı hücumçu "İnter"in baş məşqçisi Antonio Konte haqda xoş sözlər deyib:

"Mən 26 ildir belə məşqçi axtarırdım: məni hər gün motivasiya edən, hər oyuna xüsusi hazırlayan. Konte ilə çox gözəl münasibətimiz var. Onunla bir komandada olduğuma şadam. Skudetto? Bu haqda danışmaq istəmirəm. Çərşənbə günü bizi "Latsio" ilə daha bir vacib oyun gözləyir. İndi yalnız o haqda düşünürəm".

Lukaku İtaliya A seriyasının arxada qalan 4 turunda 3 dəfə rəqib qapılarına yol tapıb. Təcrübəli forvard ötən gecə "Milan"la derbi qarşılaşmasında (2:0) komandasının 2-ci qolunu vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti