Xorvatiya millisinin futbolçusuna 5 oyunluq cəza - FOTO

21 Sentyabr 2019 12:30 İtaliya 780
Xorvatiya millisinin futbolçusuna 5 oyunluq cəza - FOTO

UEFA Xorvatiya yığması və "Milan"ın hücumçusu Ante Rebiç ağır cəzaya məruz qalıb.

Sportinfo.az xəbər verir ki, bu yay Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında hakimi söyməsi ona baha başa gəlib.

Forvard "Ayntraxt"ın heyətində "Strasbur"la cavab matçının birinci hissəsində referini təhqir etdiyi üçün meydandan qovulmuşdu. Sentyabrın 2-də icarə əsasında Milan klubuna keçmiş Rebiç UEFA bayrağı altında keçirilən klub yarışlarında 5 oyunda meydana çıxa bilməyəcək.

Rebiç bu ayın əvvəli zədə səbəbindən millinin heyətində Bakıya gəlməmişdi. Qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti