
“Mançester Siti” qış transfer pəncərəsində “İnter”in müdafiəçisi Denzel Dumfrisi heyətinə qatmağı planlaşdırır.
Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, niderlandlı oyunçunun keçidi 2026-cı ilin yanvarında baş tuta bilər.
29 yaşlı futbolçu sağ cinahda həm müdafiədə, həm də hücumda çıxış edə bilir. O, cari mövsümdə A Seriyasında iki oyuna çıxıb və bir qol vurub.
Dumfrisin “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.