
Hazırda “Atalanta”nı çalışdıran Can Pyero Qasperini “Roma”nın yeni baş məşqçisi təyin olunmağa yaxındır.
Sportinfo.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin rəhbərliyi ilə 67 yaşlı mütəxəssis arasında danışıqlar davam edir və tərəflər razılaşmağa çox yaxınlaşıblar.
Mətbuatda adları səsləndirilən digər namizədlər barədə məlumatlar həqiqəti əks etdirmir.
Qasperini 2016-cı ildən bəri “Atalanta”nın “sükanı arxasındadır” və klub tarixində ən uğurlu dövrlərdən birini yaşayır. Onun klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
“Atalanta” 37 turdan sonra A Seriyasında 74 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Roma” isə 66 xalla 5-cidir və UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır.