
“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Roma”nı çalışdıracaq.
Sportinfo.az xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb.
Məlumata görə, almaniyalı mütəxəssis mayın 18-də “Roma”dan gələn təklifi qəbul edib.
Çempionatın bitməsinə 1 tur qalmış Klaudio Ranyerinin rəhbərliyi altında “Roma” İtaliya A seriyasında altıncı pillədə qərarlaşıb. Mövsümün sonunda Ranyerinin paytaxt klubundan ayrılacağı gözlənilir.
Klopp 2015-2024 illərdə “Liverpul”u çalışdırıb. O, klubla həm Premyer Liqa, həm də Çempionlar Liqasının qalibi olub.