Mourinyo bu hücumçunu “Roma”da görmək istəyir – Premyer Liqa klubundan

2 Oktyabr 2023 01:40 İtaliya 457
Mourinyo bu hücumçunu “Roma”da görmək istəyir – Premyer Liqa klubundan

“Roma” “Mançester Yunayted”in hücumçusu Ceydon Sançonu transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, İtaliya klubunun baş məşqçisi Joze Mourinyo “Roma” rəhbərliyinin ingilis futbolçu ilə müqavilə imzalamasını istəyir.

Lakin “Mançester Yunayted” Sançonu daha çox təzminat təklif edən kluba satmaqda maraqlıdır. “Roma”nın futbolçunu almaq şansı azdır.

23 yaşlı hücumçu 2021-ci ildən “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu