“Söhbət puldan getmir, başqa məsələ var, indi bunu müzakirə etməyin mənası yoxdur”

2 Oktyabr 2023 10:00 İtaliya 549
“Söhbət puldan getmir, başqa məsələ var, indi bunu müzakirə etməyin mənası yoxdur”

"Udineze"nin və Serbiya millisinin yarımmüdafiəçisi Lazar Samarjiç böyük kluba getmək istədiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Lazar “İnter”ə keçə bilərmiş. Serbiyalı "nerazzura"ya transferinin son anda baş tutmamasını belə izah edib:

"Böyük komandalardan birinə keçməyə hazıram. Mən bunu səbirsizliklə gözləyirəm.

"İnter"ə keçidimin baş tutmamasına gəlincə, söhbət puldan getmir, başqa məsələ var.

Amma indi bunu müzakirə etməyin mənası yoxdur. Bu il “Udineze”də oynayacam, sonra isə növbəti mərhələyə keçmək istəyirəm".

21 yaşlı futbolçu “Herta”nın yetirməsidir və 2021-ci ildə "Leyptsiq"dən "Udineze"yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi