“Darıxdım və qayıtdım” - 6 ayda ilk qolunu vuran Kvaratsxeliya

28 Sentyabr 15:20 İtaliya 394
“Darıxdım və qayıtdım” - 6 ayda ilk qolunu vuran Kvaratsxeliya

“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya İtaliya çempionatının 6-cı turunda “Udineze” ilə oyunda (4:1) son 6 ayda vurduğu ilk qolu şərh edib.

Sportinfo.az xəbər verir ki, gürcü futbolçu komandasının qələbəsində rolu olduğu üçün xoşbəxt olduğunu bildirib:

“Əlbəttə, bu hiss üçün darıxmışdım. İstənilən futbolçu altı ay qol vurmasa, narahat olmağa başlayar.

Amma mən qayıtdım. Komandanın qalib gəlməsinə kömək etdiyim üçün xoşbəxt və məmnunam.

Biz başa düşürük ki, qalib gəlməyə davam etməliyik. “Udineze” ilə oyunda topa yaxşı nəzarət etdik və düşünürəm ki, qələbəyə layiq idik”.

22 yaşlı hücumçu 2023/24 mövsümündə bütün yarışlarda “Napoli”nin heyətində 6 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu