“Bəzən adama elə gəlir ki, futbolu şeytan icad edib”

13 Yanvar 2022 18:40 İtaliya 443
“Bəzən adama elə gəlir ki, futbolu şeytan icad edib”

“Yuventus” İtaliya Superkuboku uğrunda qarşılaşmada “İnter”ə məğlub olub – 2:3.

Sportinfo.az xəbər verir ki, oyundan sonra Turin klubunun baş məşqçisi Massimiliano Alleqri fikirlərini bildirib.

O, komandasının adi səhv ucbatından uduzduğunu deyib:

“Bu, əsl oyun idi. Harada olduğumuzu anlamaq üçün yaxşı sınaq oldu. Bəzən adama elə gəlir ki, futbolu şeytan icad edib.

Qarşılaşmanın başa çatmasına 5 saniyə qalmış adi səhvə yol verdik. Amma unutmayaq ki, hazırda İtaliyanın ən güclüsü olan komandaya qarşı oynadıq və qələbə qazanmaq üçün bir neçə şansımız da oldu.

Bəli, 5 saniyə qalmış uduzmaq qəzəb yaradır. Amma bu qəzəbi A seriyası, İtaliya Kuboku və Çempionlar Liqası üçün istifadə etməliyik.

Müsbət tərəfə baxmaq lazımdır, komanda, xüsusilə fiziki cəhətdən inkişaf edir. Bu oyun istədiyimiz kimi alınmadı, indi diqqətimizi liqaya yönəldəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti