
Premyer Liqanı üçüncü pillədə başa vuran “Araz-Naxçıvan” Konfrans Liqasına ciddi itkilərlə çıxacaq.
Əsas heyətin iki vacib üzvü avrokuboklarda təmsilçimizə kömək edə bilməyəcək.
Bunlar Əyyub Allaş və Mustafa Əhmədzadədir.
Mövsümün gedişində əməliyyat olunaraq son iki aydakı oyunları kənardan izləyən futbolçuların kollektiv məşqlərə qoşulmaları üçün zamana ehtiyac var.
Mustafa ən yaxşı halda iyulun sonlarında hazır vəziyyətə gələcək. Əyyubun durumu isə daha ağırdır. Onun qayıdışının avqust-sentyabr aylarına təsadüf edəcəyi ehtimal olunur.
Bu, o deməkdir ki, yarımmüdafiəçilərin heç biri iyulda keçiriləcək oyunlarda meydana çıxmayacaq.
“Araz-Naxçıvan” mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq ki, ilk oyunlar iyulun 18-də, cavab görüşləri iyulun 24-də keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ