“Neftçi”dən ayrıldı, “Sportinfo”ya danışdı: “Təəssüf edirəm ki...”

2 İyul 2024 20:40 İtaliya 2 043
“Neftçi”dən ayrıldı, “Sportinfo”ya danışdı: “Təəssüf edirəm ki...”

“Neftçi”nin yay fasiləsində yollarını ayırdığı futbolçulardan biri Ataa Caber oldu.

Bakılılar klubla müqaviləsinin müddəti başa çatan fələstinli ilə yeni sözləşmənin imzalanmasında maraq göstərmədi.

29 yaşlı yarımmüdafiəçi Soportinfo.az-a açıqlamasında ayrılqla bağlı fikirlərini söyləyib:

“Neftçi” kimi ailənin parçası olduğuma görə sevincliyəm. Bu klub 2 ildə mənə evim qədər doğma oldu.

Təəssüf edirəm ki, ötən mövsüm qarşımıza qoyduğumuz məqsədlərə çata bilmədik. Növbəti illərdə klubda və komandada olacaq insanlara uğurlar arzulayıram.

Bundan sonra “Neftçi”nin fanatlarından biri olaraq komandanın oyunlarını və nəticələrini izləyəcəyəm”.

Caber yeni təkliflərinin olduğunu bildirərək karyerasını hansı klubda və ölkədə davam etdirəcəyinə qərar vermədiyini də sözlərinə əlavə edib.

Fələstin millisinin də şərəfini qoruyan Ataa ağ-qara formanı geyindiyi 2022-2024-cü illər ərzində meydana çıxdığı 58 oyunda 9 qol, 7 assistlə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda