Ronaldo futbol tarixinin ən yaxşı bombardiri oldu - VİDEO

21 Yanvar 2021 15:40 İtaliya 789
Ronaldo futbol tarixinin ən yaxşı bombardiri oldu - VİDEO

"Yuventus"un ulduzu Kriştianu Ronaldu qol sayında mütləq rekordçuya çevrilib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu buna "Napoli" ilə İtaliya Super Kuboku matçında nail olub.

64-cü dəqiqədə fərqlənən 36 yaşlı forvard karyerasında 760-cı qolu vurub. Bununla da Ronaldo çexiyalı Yozef Bitsanın müəyyənləşdirdiyi mütləq rekordu arxada qoyub. Bitsan 1931 - 1955-ci illərdə 759 qol vurub.

Kriştianu Ronaldo daha əvvəl əfsanəvi Pelenin rekordunu keçib. Braziliyalı forvard 812 rəsmi matçda 757 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti