Azərbaycan millisinin futbolçusuna cəza verildi - FOTO

4 İyul 2020 15:04 İspaniya 888
Azərbaycan millisinin futbolçusuna cəza verildi - FOTO

"Albasete"də çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov komandasının növbəti matçında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, buna səbəb 28 yaşlı yarımmüdafiəçinin Sequndanın XXXVII turunda "Alkorkon"la matçın 33-cü dəqiqəsində sarı vərəqə almasıdır.

İsrafilov sarı vərəqə limitini doldurub və "Malaqa" ilə görüşdə meydanda olmayacaq. "Albasete" - "Alkorkon" matçı 1:1 hesabı ilə yekunlaşıb. Komanda "Malaqa" ilə iyulun 5-də qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!