Müqavilə bağlamağa hazırlaşır - “Real”ın hədəfindəki futbolçu ilə

17 Sentyabr 2024 15:40 İspaniya 1 638
Müqavilə bağlamağa hazırlaşır - “Real”ın hədəfindəki futbolçu ilə

“Mançester Siti” yarımmüdafiəçisi Rodri Hernandesi uzun müddət komandada saxlamaq istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” ispaniyalı futbolçu ilə tez bir zamanda yeni – uzunmüddətli müqavilə bağlamağa hazırlaşır.

Rodrinin xidmətində “Real” da maraqlıdır, lakin “kral klubu” onun “Mançester Siti”də aldığı maaşı verməyə hazır deyil.

28 yaşlı yarımmüdafiəçi hazırda oktyabrda veriləcək “qızıl top”u qazanmaq üçün favoritlərdən biridir. O, yayda İspaniya millisinin Avropa çempionatında qalib gəlməsinə kömək edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi