Yol verilən səhvə görə üzr istədi - Cənubi Koreyanı Şimali Koreya kimi təqdim etdilər

28 İyul 2024 00:10 Paris-2024 1 112
Yol verilən səhvə görə üzr istədi - Cənubi Koreyanı Şimali Koreya kimi təqdim etdilər

Xəbər verdiyimiz kimi, dünən Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi baş tutub.

Sportinfo.az-ın “Yonhap” agentliyinə istinadən məlumatına görə, parad zamanı Cənubi Koreya yığması səhvən Şimali Koreya kimi təqdim edilib.

Belə ki, Cənubi Koreya nümayəndə heyətinin olduğu qayıq keçərkən fransız və ingilisdilli diktorlar ölkəni Koreya Xalq-Demokratik Respublikası olaraq elan ediblər.

Cənubi Koreya idmançıları paradda 48-ci, Şimali Koreya idmançıları isə 153-cü yerdə keçid ediblər.

Hadisədən sonra Cənubi Koreyanın İdman Nazirliyi Milli Olimpiya Komitəsinin prezidenti Tomas Baxla görüş, eləcə də yerli təşkilat komitəsindən izahat tələb edib.

Milli Olimpiya Komitəsi isə öz növbəsində Koreya dilində fəaliyyət göstərən “X” səhifəsində yol verilən səhvə görə üzr istəyib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu