“Real”ın yarımmüdafiəçisi Çud Bellingem “Bayern”ə qarşı keçirilən Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda start heyətində olmamasına görə məyus olub.
Madrid təmsilçisi evdə “Bayern”ə 1:2 hesabı ilə məğlub olub. Bellingem oyuna ikinci hissədə, ehtiyat oyunçular oturacağından daxil edilib.
Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, ingiltərəli baş məşqçi Alvaro Arbeloanın onu start heyətinə daxil etməmək qərarından razı qalmayıb.
O, özünü tam hazır hesab etdiyini və 90 dəqiqə iş başında olarsa, oyuna daha böyük təsir göstərə biləcəyini düşünür. Arbeloa isə start heyətində gənc futbolçu Tiaqo Pitarça şans verib.
Cavab oyunu aprelin 15-də keçiriləcək.

