“Barsa”dan “gəl, baş məşqçimiz ol“ təklif aldı, amma...

4 Mart 2020 14:22 İspaniya 793
“Barsa”dan “gəl, baş məşqçimiz ol“ təklif aldı, amma...

Hollandiya yığmasının baş məşqçisi Ronald Kuman “Barselona”dan təklif alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Kuman özü məlumat verib.

Ancaq o, bu təklifdən imtina edib. Kuman Frenki de Yonq barədə də danışıb: “Bəli, bir neçə həftə bundan əvvəl “Barselona”dan təklif almışdım. Amma imtina etdim.

Çünki Hollandiya yığmasına rəhbərlik edirəm və getmək üçün uyğun vaxt deyildi. Frenki çox gəncdir və bundan sonra oyun təcrübəsi əldə etdikcə öyrənəcək. O. mənim yığmamda müxtəlif rolları ifa edə bilər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti