Yığmamızın futbolçusu İspaniya klubuna lazım deyil? - VİDEO

3 Mart 2020 10:38 İspaniya 734
Yığmamızın futbolçusu İspaniya klubuna lazım deyil? - VİDEO

İspaniya Sequndasında 30-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Eddi İsrafilovun formasını geyindiyi “Albasete” evdə “Rayo Valyekano”nu qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə sona çatıb. Millimizin üzvü də oyunda iştirak edib. O, qarşılaşmanın 86-cı dəqiqəsində hesab 1:1 olarkən meydana daxil olub.

“Albasete” 34 xalla 22 komanda arasından 18-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti