Zidan: "Mənə görə, dünyanın ən yaxşı məşqçisi..."

26 Fevral 2020 12:51 İspaniya 924
Zidan: "Mənə görə, dünyanın ən yaxşı məşqçisi..."

Bu gün Çempionlar Liqasının 1/8 finalında “Real”la “Mançester Siti” qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Madriddə keçiriləcək ilk qarşılaşmadan əvvəl “Real”ın baş məşqçisi Zinəddin Zidan “Siti”nin çalışdırıcısı Xosep Qvardiola barədə danışıb. O, Pepi dünyanın ən yaxşı məşqçisi adlandırıb:

“O, dünyanın ən yaxşısı olduğunu həmişə sübut edib. Əvvəlcə “Barselona”da, sonra “Bavariya”da, indi isə “Siti”də. Kimsə başqa cür düşünə bilər. Amma mənə görə, dünyanın ən yaxşı məşqçisi Qvardioladır.

Onun etdiklərindən həmişə ilham alırıq. Bu amil bizi motivasiya edir. Ona görə də Qvardiolanın komandalarına qarşı oynamaqdan qorxmuruq.

Bu haqda danışmışam, o, “Bavariya”da olanda biz bir neçə gün bir yerdə olduq. Məşqlər barədə söhbət etdik, onun komandanı necə idarə etməsini müşahidə etdim. O, dürüst və açıq insan idi. Onunla söhbət zamanı çox şey öyrəndim”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da