“Barselona”nın futbolçuları bir-bir yoxlanılacaq

24 Fevral 2020 14:08 İspaniya 558
“Barselona”nın futbolçuları bir-bir yoxlanılacaq

“Barselona” fevralın 25-də Çempionlar Liqasında “Napoli” ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, komanda bu gün Neapola yola düşəcək.

ESPN-in jurnalisti Moi Lyorens yazıb ki, İtaliyaya çatanda klubun bütün futbolçuları və əməkdaşlarının bədəninin hərarəti yoxlanılacaq. Əgər kimdəsə istilik aşkarlansa, dərhal xəstəxanaya aparılacaq.

Belə bir addımın təhlükəsizlik məqsədi - koronavirus xəstəliyi ilə əlaqədar atılacağı bildirilir. İtaliyada bu təhlükəli virus yayıldığından ölkə çempionatının bəzi oyunları təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı