Millimizin futbolçusu "qırmızı" aldı, ara qarışdı, oyun bitmədi

20 Fevral 2020 09:28 İspaniya 800
Millimizin futbolçusu "qırmızı" aldı, ara qarışdı, oyun bitmədi

İspaniya Sequndasının XXVIII turu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov üçün uğursuz alınıb.

Sportinfo.az xəbər verir ki, "Albasete"nin yarımmüdafiəçisi "Rayo Valyekano" ilə səfər matçında qırmızı vərəqə alıb.

Start heyətində meydana daxil olan Eddi qarşılaşmanın 45+4-cü dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Oyun 0:0 olarkən yarımçıq dayandırıldığından ikinci hissə keçirilməyib. 27 oyunda 30 xal toplayan "Albasete" 22 komanda arasında 18-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti