"Barsa" rəhbərliyinin Messini ləkələməyə çalışdığı sübut olundu

18 Fevral 2020 22:10 İspaniya 1 320
"Barsa" rəhbərliyinin Messini ləkələməyə çalışdığı sübut olundu

"Barselona" sosial şəbəkələrdə klub prezidenti Xosep Bartomeunu dəstəkləmək və bəzi futbolçuları tənqid etmək üçün hansısa şirkətə ödəniş edib.

bu barədə yerli "Cadena Ser" nəşri məlumat yayıb.

İddiaya görə, Kataloniya təmsilçisi sosial şəbəkələrdə ictimai rəy formalaşdırmaq, həmçinin X.Bartomeu və klubun idarə heyətinin üzvlərinin reputasiyasını artırmaqla məşğul olan şirkətlə əməkdaşlıq edib. Sübutlar sənədlər şəklində yayımlanıb.

"Barselona" öz növbəsində İspaniya mətbu orqanlarından üzr istəmələrini və həmin xəbərləri təkzib etmələrini tələb edib.

Əvəzində isə yerli KİV klubun həmin şirkətlə əməkdaşlığını təsdiq edən məlumatları 36 səhifəlik dosye şəklində ictimaiyyətə təqdim edib.

Adı açıqlanmayan şirkətin əsas vəzifəsinin Lionel Messi, Jerar Pike və digər futbolçuları sosial şəbəkələrdə tənqid etmək olduğu bildirilib.

Müqavilələrdə hücumun edilməli olduğu sosial şəbəkə hesabları qeyd olunub. Sözügedən şirkət rəhbərinin X.Bartomeunun sağ əli olduğu da ortaya çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi